AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxracatçılar Klubu

“İxracatçılar Klubu” 2014-cü ildə "AZPROMO" tərəfindən yerli qeyri-neft məhsullarının ixracına operativ dəstək və ixracatçılarla münasibətlərin sistematik qaydada idarə edilməsi məqsədilə yaradılmışdır.

“İxracatçılar Klubu” çərçivəsində mütəmadi olaraq məhsullarını ixrac etmək istəyən, istehsal və ixrac prosesləri zamanı müxtəlif problemlər və çətinliklərlə üzləşən ixracatçıların və əlaqədar dövlət qurumlarının iştirakı ilə müxtəlif yığıncaqlar, iclaslar keçirilir.

Belə tədbirlərin keçirilməsində məqsəd ixrac zamanı rast gəlinən maneələrin və çatışmazlıqların aradan qaldırılması, ixrac prosesi ilə məşğul olan sahibkarların fikirlərinin və təkliflərinin dinlənilməsi və bu vasitə ilə qeyri-neft ixracına müsbət təsir göstərməkdir.

Artıq 3 ilə yaxındır fəaliyyət göstərən qurumun 20-dən çox yığıncağı keçirilmiş, ixracyönümlü istehsal, qablaşdırma və markalama, logistika və daşınma, sertifikatlaşma, ixrac zamanı tələb olunan sənədlər, ixrac prosedurları, gömrük rəsmiləşdirməsi və digər mövzularda müzakirələr aparılmışdır.

Hal-hazırda “İxracatçılar Klubu”nun 150-ə yaxın üzvü vardır.