AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəhbərlik

YUSİF ABDULLAYEV

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru v.i.e.

Yusif İkram oğlu Abdullayev 1983-cü il iyun ayının 5-də Ağdam şəhərində anadan olmuşdur.

 

1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili almışdır. Peşəkar karyerasına 2004-cü ildən 2007-ci ilə qədər satış, sığorta və logistika sahələrində çalışaraq başlamışdır. 2007-2015-ci illərdə "Azərsun Holdinq"də İxrac departamentinin direktoru vəzifəsində çalışmışdır. 2015-ci ilin dekabr ayından 2018-ci ilin 1 iyun tarixinədək AZPROMO-nun vitse-prezidenti, 2018-ci ilin 1 iyun tarixindən etibarən AZPROMO-nun prezidenti vəzifələrini icra edib, AZPROMO-nun yenidən təşkili çərçivəsində isə 2021-ci ilin 8 oktyabr tarixindən Agentliyin icraçı direktoru vəzifəsini icra edir.

ZÖHRAB QƏDİROV

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini

Zöhrab Şakir oğlu Qədirov 1982-ci ilin may ayının 16-da Bakı şəhərində anadan olmuşdur.

 

1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş, Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsilini Qırmızı diplomla bitirmiş, 2005-ci ildə sözügedən ixtisas üzrə, 2005-2007-ci illərdə isə ABŞ-nin "Texas A&M" universitetində magistr dərəcələrini əldə etmişdir. Peşəkar karyerasına 2007-ci ildən 2009-cu ilədəl İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyində çalışaraq başlamışdır, 2009-2018-ci illərdə isə bank sektorunda fəaliyyət göstərib. 2018-2019-cu illərdə Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru  vəzifəsində çalışmışdır. 2019-cu ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru, 2022-ci ilin mart ayından etibarən AZPROMO-nun müşaviri vəzifələrini icra edib. 2022-ci ilin noyabr ayından etibarən Agentliyin icraçı direktorunun müavini vəzifəsində çalışır.