Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) www.azpromo.az ünvanındakı internet saytı yeni tərtibatda fəaliyyətə başlamışdır.
Yenilənmiş internet səhifəsində Azərbaycan məhsullarının ixracını dəstəkləmək məqsədilə xarici bazarlar üzrə araşdırmalar və potensial xarici investorlar üçün Azərbaycanda mövcud investisiya imkanlarına dair daha geniş məlumatlar öz əksini tapmışdır. Yerli və xarici şirkətlərə AZPROMO tərəfindən göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə təkmilləşdirilmiş interaktiv müraciət forması yaradılmışdır.
Eyni zamanda, istifadəçilərin yuxarıda qeyd olunmuş məlumatları daha geniş əldə etmələri üçün ixrac və investisiya yönümlü interaktiv xəritələr də yerləşdirilmişdir.
Daha çox istifadəçilərin əhatə olunması üçün yenilənmiş internet saytında sosial şəbəkələrə keçid verilmişdir.
Saytın təqdimat çarxı aşağıdakı linkdə yerləşdrilmişdir.
www.youtube.com/watch?feature=player_embedded&v=LContN2E6Ys