AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar artıb

2013-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 5 mlrd. manatdan çox investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 %  çoxdur.  

Ümumilikdə bu dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 7.4 mlrd AZN təşkil edib. Bu göstərici 2012-ci ilin anoloji dövrü ilə müqayisədə 22.9% artım deməkdir. İnvestisiyaların 74.9 %-ni (5.5 mlrd. AZN) daxili investisiyalar təşkil edib.

Mənbə: Dövlət Statistika Komitəsi