AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO ilə GİZ arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunda 2015-2016-cı illərdə AZPROMO və GİZ-in birgə əməkdaşlığı ilə yerli ixracatçıların xarici ticarət və bazar araşdırmaları sahəsində potensialının artırılması və bu sahədə maarifləndirilməsi, birgə təlim və seminarların keçirilməsi, ixracatçı şirkətlər üçün dəyirmi masaların və forumların təşkili, ixrac potensiallı yerli məhsulların təşviqi materiallarının hazırlanması nəzərdə tutulub.