İyunun 7-də Almaniyanın Berlin şəhərində keçirilmiş Almaniya-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitə (CEEER) arasında iqtisadi sahədə birgə əməkdaşlığa dair Anlaşna Memorandumu imzalanmışdır.
Sənəddə Almaniya ilə Azərbaycan arasında qarşılıqlı ixrac və investisiya imkanlarının genişləndirilməsi, sahibkarlıq və biznes fəaliyyəti sahəsində təcrübə mübadiləsi, maarifləndirmə, biznes forum, yarmarka, simpozium, konfrans və bu kimi digər tədbirlərin təşkili nəzərdə tutulur.