23 avqust tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) ABŞ-ın “MRC Global” şirkətinin idarə heyətinin nümayəndələri ilə görüş keçirilib.
100-dən çox ölkədə fəaliyyət göstərən və neft-qaz və kimya sənayesi üçün boru, qapaq, fittinq və flansların təchizatı sahəsində 95 illik təcrübəyə malik “MRC Global” Azərbaycanda AZPROMO-nun dəstəyi ilə regional mərkəzin yaradılmasına qərar verib. Görüşdə növbəti mərhələlərdə investisiya strategiyası, biznesin qurulması, investisiya üçün yerli şirkətlərlə əlaqələrin yaradılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı xarici bazarlara çıxış əldə etmək və regionda ticarət və biznes əlaqələrini inkişaf etdirmək baxımından Azərbaycanın strateji mövqeyinin əlverişli olduğu vurğulanmışdır.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalamışlar.