AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şərabçılar Assosiasiyası yaradılır

Avqustun 24-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) şərab istehsalı və satışı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan istehsalı olan şərabın ixracının təşviqi üçün görülən işlər, eləcə də şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin bu sahədə təklifləri müzakirə olunub.
AZPROMO rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşdə Şərabçılar Assosiasiyasının yaradılması qərara alınıb.