AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şirkətləri Rusiyanın ən böyük marketlər şəbəkəsi ilə əməkdaşlıq edəcəklər

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan “X5 Retail Group” şirkətinin rəhbər heyəti sentyabrın 8-də 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.
Görüşdə "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"na üzv olan  şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunmuş, meyvə-tərəvəz məhsullarının “X5 Retail Group”la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınmışdır.