Sentyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İspaniyanın aparıcı korporasiyalarından olan “ACS Grupo”un nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi nəticəsində “ACS Grupo” Qafqaz və Mərkəzi Asiya regionu üzrə Regional Ofisinin Azərbaycanda yaradılması barədə qəbul olunmuş qərara dair məlumat verilib.
İşgüzar görüşdə şirkət ilə Azərbaycan iş adamları arasında əlaqələrin yaradılması müzakirə edilib, Azərbaycan məhsullarının və yerli şirkətlərin göstərdiyi xidmətlərin ixrac potensialı barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “ACS Grupo” arasında əməkdaşlığın davam etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, xüsusilə inşaat, sənaye mühəndisliyi sektorunda ixtisaslaşan “ACS Grupo” sənaye inşaatı sahəsində dünyanın ən iri şirkətlərindən biridir.