AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO İspaniyanın ‘Escarate’ şirkəti ilə memorandum imzalayıb

Oktyabrın 17-də Bakı Biznes Mərkəzində İspaniyanın “Escarate” şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Görüşdə “Escarate” şirkətinin nümayəndələrinə Azərbaycanın biznes və investisiya imkanları, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi mexanizmləri və xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə ətraflı məlumat verilib.
İspaniyada və dünyanın bir sıra ölkələrində audit, vergi və hüquq sahəsində konsaltinq xidmətlər göstərən “Escarate” şirkətinin təmsilçiləri Azərbaycanda daimi ofis açmaqda maraqlı olduqlarını ifadə ediblər.
Görüşün sonunda “Escarate” şirkəti ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.