Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ixrac missiyalarını təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyalarında iştirak etmət üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İxrac missiyalarının əhatə etdiyi sektor: şərabçılıq.
İxrac missiyalarının tarixləri: 9-12 noyabr 2016-cı il (Honq-Konq Xüsusi İnzibati Ərazisi), 13-15 noyabr 2016-cı il (Quancou)
İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər!
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: destek@azpromo.az. Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 4 noyabr 2016-cı il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.
Seçim meyarları:
- ixracatçının şərab məhsulları üzrə istehsal potensialı (illik istehsalı minimun 30 000 (otuz min) ədəd şüşədən az olmayan – 5 (beş) bal);
- məhsulun hədəf ölkəyə ixrac potensialı (ixraca yönəldiləcək həcm minimun 15 000 (on beş min) ədəd şüşədən az olmayan – 5 (beş) bal);
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi şərab məhsullarının miqdarı 15 000 (on beş min) ədəd şüşədən az olmayan – 5 (beş) bal);
Qeyd: Meyarların cəmi üzrə keçid balı minimum 10 (on) bal.
İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə (ərizə formasını yükləyin);
- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 3 noyabr 2016-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fond (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141), fceferov@azpromo.az) müraciət edə bilərsiniz.