AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Rusiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanılıb

Oktyabrın 5-dən etibarən Rusiyanın “Rossiya 24” federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb. “Made in Azerbaijan” brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar.

Reklam çarxları ilə bu linklərdən tanış olmaq olar:

https://youtu.be/mLZmVioEZuM

https://youtu.be/y49osYkhtyw

Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair hazırlanması təsadüfi deyildir. Çünki öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var.

Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair də reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur.