AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Anlaşma Memorandomu imzalayıb

11 dekabr 2017-ci il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) və “Bank Silk Way” ASC arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, Azərbaycanın nar və nar məhsulunun dünya bazarında tanıdılması və ixrac miqyasının genişləndirilməsi üçün təbliğat tədbirlərinin keçirilməsi nəzərdə tutulur.