AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Vyetnam iş adamları arasında onlayn görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və Vyetnam Tekstil və Geyim Assosiasiyasının (VITAS) birgə təşkilatçılığı, ölkəmizin Vyetnamdakı Səfirliyi və Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə tekstil sahəsində fəaliyyət göstərən Azərbaycan və Vyetnam iş adamları arasında ticarət əməkdaşlığına dair vebinar keçirilib.
İki gün davam edən tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Sənaye və Ticarət Nazirliyinin Avropa-ABŞ bazarı departamentinin müdiri Ta Hoanq Linh, VITAS-ın sədri Vu Duk Gianq, AZPROMO-nun müşaviri Zöhrab Qədirov, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova və hər 2 ölkədən 50-dək sahibkar iştirak edib.
Vebinarda iki ölkənin biznes dairələri arasında tekstil sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, ixrac imkanları müzakirə edilib, şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçirilib, suallar cavablandırılıb.