AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Estoniyanın iş adamları arasında görüş keçirilib

Estoniya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə iki ölkənin iş adamları arasında görüş keçirilib.
İşgüzar görüşdə kənd təsərrüfatı, dəmir yolları, logistika, rəqəmsal həllər, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən estoniyalı iş adamları və Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.