İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Çin Xalq Respublikasının ölkəmizdəki Səfirliyinin yeni təyin olunmuş iqtisadiyyat və ticarət üzrə müşaviri Ma Çi ilə görüşüb.
Tanışlıq məqsədi daşıyan görüşdə ölkəmizin biznes və investisiya mühiti, “yaşıl” enerji layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi, Azərbaycan şirkətlərinin bu ilin 5-10 noyabr tarixlərində Şanxayda təşkil olunacaq 5-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE-2022) iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.