AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və KOIMA rəhbərləri arasında görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında onlayn görüş keçirilib.

AZPROMO-nun rəhbəri ölkəmizdə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.

Görüşdə həmçinin  AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları ilə əməkdaşlığı, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili, Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında işgüzar görüşlərin keçirilməsi, Koreya iş adamlarının Azərbaycana səfəri, bu ilin 23-25 iyun tarixlərində Seulda təşkil olunacaq İdxal Malları Yarmarkasında (Import Goods Fair – IGF) AZPROMO-nun nümayəndə heyətinin iştirakı məsələləri müzakirə olunub.