Bu gün Londonda keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində "Doing business in Azerbaijan" mövzusunda panel müzakirələri təşkil olunacaq. Tədbir çərçivəsində AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək.