Dohada İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qətər Ticarət və Sənaye Palatasının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Qətər arasında ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi, ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Qətərdəki Səfirliyinin nümayəndələri də iştirak ediblər.