AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və "Technonicol" əməkdaşlıq imkanlarını müzakirə ediblər

Moskvada İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun müşaviri Zöhrab Qədirov, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev və Rusiyanın "Technonicol" şirkətinin idarəedici tərəfdaşı Sergey Kolesnikov arasında görüş keçirilib. Görüşdə investisiya və biznes sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

AZPROMO-nun müşaviri Zöhrab Qədirov Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, sənaye zonalarının yaradılması və inkişafı, həmçinin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradan Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib.