AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İraqın biznes nümayəndə heyəti AZPROMO-da olub

Bağdad Ticarət Palatasının İnvestisiya Mərkəzinin direktoru Alaa Nurun rəhbərlik etdiyi İraqın biznes nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Görüşdə AZPROMO-nun fəaliyyəti, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə ətraflı məlumat verilib, qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.