İsveçrə Birləşmiş Ticarət Palatasının (JCC) Azərbaycan bölməsinin rəhbəri Leyla Bağırzadə İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
Görüş zamanı Azərbaycanın biznes və investisiya mühiti, ölkəmizin qeyri-neft məhsullarının ixrac imkanları barədə ətraflı məlumat verilib, AZPROMO və JCC arasında əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.