AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Lahor Milli İdarəetmə Kollecinin nümayəndələri AZPROMO-da olublar

Pakistanın Lahor Milli İdarəetmə Kollecinin 116-cı Milli İdarəetmə Kursunun iştirakçıları və professor-müəllimdən ibarət nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində AZPROMO-da olub. Görüş Lahor Milli İdarəetmə Kollecinin 116-cı Milli İdarəetmə Kursunun Xarici Təhsil Turu çərçivəsində Azərbaycana səfəri zamanı təşkil olunub.

Görüşdə qonaqlara Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin AZPROMO-nun fəaliyyəti barədə məlumat verilib, ölkəmizin investisiya imkanlarına həsr olunmuş təqdimat keçirilib, suallar cavablandırılıb.