Cənubi Koreyanın "Hyundai Engineering & Construction Co LTD" şirkətinin regional direktoru Yanq Han Qyu (Jang Han Gyu) İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və imkanları, həyata keçirilən investisiya layihələri barədə məlumat verilib, "Hyundai Engineering & Construction Co"nun reallaşdırılan investisiya layihələrində iştirak imkanları barədə fikir mübadiləsi aparılıb, şirkətlə AZPROMO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.