İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Patrisia Sançez İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZPROMO-nun müşaviri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.