Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZPOMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.