Polşanın Azərbaycandakı səfiri Rafal Poborski İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin əsas fəaliyyəti və hədəfləri barədə məlumat verib, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.