Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası platformasının təqdimatı keçirilib.
Tədbirdə AZPROMO-nun müşaviri Tural Hacılı layihənin ixraca dəstək baxımından əhəmiyyətini vurğulayıb, platforma vasitəsilə potensial ixracatçıların məhsullarını Aİ ölkələrinə ixrac etmək üçün tələb olunan rüsum və sənədlərlə bağlı məlumat ala biləcəklərini diqqətə çatdırıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Peter Fisinger bildirib ki, Ticarətə Dəstək Masası platformanın yaradılmasında əsas məqsəd Şərq Tərəfdaşlığı regionunda kiçik və orta bizneslərin inkişafına dəstək göstərilməsi, ticarət əlaqələrinin gücləndirilməsidir.
Qeyd edək ki, layihə Aİ tərəfindən maliyyələşdirilən və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən həyata keçirilən EU4Business təşəbbüsüdür.