İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib.
70-dən çox ixracatçının iştirakı ilə keçirilən görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov, Xaçmaz rayonunun prokuroru Rəşad Məmmədov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Görüşdə ixracatçılara göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi məsələləri müzakirə edilib, sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər, onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, suallar cavablandırılıb.