Azərbaycanın Malayziyadakı Səfirliyinin təşəbbüsü, Malayziya İstehsalçılar Federasiyası (FMM), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Focus on Azerbaijan" vebinarı keçirilib.
50-dək iştirakçının qoşulduğu tədbirdə AZPROMO-nun müşaviri Zöhrab Qədirov təqdimatla çıxış edib, Azərbaycanda investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması və təşviq edilməsi istiqamətində görülən işlər, tətbiq edilən mexanizmlər barədə məlumat verib.