AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tatarıstanın Baş nazirinin müavini AZPROMO-da olub

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçirilən Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.