İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ixracatçılarla görüşlərini davam etdirir. Növbəti belə görüş Göyçay rayonunda keçirilib.
100-dən çox ixracatçının iştirakı ilə keçirilən görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Görüşdə ixracatçılara göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi məsələləri müzakirə edilib, sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, suallar cavablandırılıb.