AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan 6-cı İstanbul İqtisadi Sammitində iştirak edib

İstanbulda "Qlobal dəyər zəncirləri" mövzusunda 6-cı İstanbul İqtisadi Sammiti keçirilir.

Tədbirin açılış mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac potensialı barədə məlumat verib, tədbirin keçirilməsinin davamlı enerjiyə çıxış, turizm, qida təhlükəsizliyi, qadın sahibkarlığı, "yaşıl enerji" və s. sahələrin inkişaf etdirilməsi kimi məsələlərin müzakirəsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib.

Sammitin açılışında həmçinin, Şimali Kipr Türkiyə Respublikasının iqtisadiyyat və enerji naziri Olgün Amcaoğlu, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) prezidenti Nail Olpak, Dünya Bankının baş iqtisadçısı Sibel Kulaksız, "Yuvam Dünya" Assosiasiyasının İdarə Heyətinin sədri Kıvılcım Pinar Kocabıyık, Türkiyə Qadın Sahibkarları Assosiasiyasının prezidenti Emine Erdem və digər rəsmi şəxslər çıxış ediblər.