Çinin "China Energy and Engineering Group Co." şirkətinin nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olublar.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən investisiya layihələri barədə ətraflı məlumat verib, Çin şirkətini fəal əməkdaşlığa dəvət edib.
"China Energy and Engineering Group Co." şirkətinin Cənubi Asiya Regional Baş Qərargahının vitse-prezidenti Wang Jiliang şirkətin fəaliyyət istiqamətlərindən danışıb.
Görüşdə Azərbaycanda energetika, infrastruktur və tikinti sahələrinə investisiyalar yatırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.