AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da görüş keçirilib

Türkiyənin "ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanda ticarət və investisiya imkanları, Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.

"ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin turizm və xidmət sektoru üzrə direktoru Ramazan Özgür şirkətin inşaat, maliyyə, turizm, İT, mebel satışı sahələrində fəaliyyət göstərdiyini bildirib, həyata keçirilən layihələr, eləcə də "ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin Azərbaycanda ofisinin açılması niyyəti barədə məlumat verib.

Görüşdə "ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin ölkəmizdə fəaliyyətinin təşkili istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.