AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq

Məlumat verildiyi kimi, yanvarın 20-29-da Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək, həmçinin sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunacaq.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunacaq.