AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və BWA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Qida, kənd təsərrüfatı və bağçılıq sahəsində Berlində təşkil olunan ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının (BWA) icraçı direktoru Urs Unkaufla görüşüb.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, "Made in Azerbaijan" brendi, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib.

Görüşdə AZPROMO və BWA arasında əməkdaşlığın qurulması, eləcə də Agentliyin Assosiasiyaya üzv olması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, BWA iqtisadiyyat, elm, mədəniyyət, media sahələrinin aparıcı mütəxəssislərini, siyasətçiləri, diplomatları bir araya gətirməklə milli və beynəlxalq iqtisadiyyatın inkişafına nail olmaq üçün həllər hazırlanmasına dəstək göstərir. Hazırda Assosiasiya 80-dən çox ölkə ilə əməkdaşlıq edir.