AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərakeş səfiri AZPROMO-da olub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə biznes və investisiya mühiti barədə danışıb, 20-22 fevral tarixlərində AZPROMO-nun nümayəndələrinin Mərakeş Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər haqqında məlumat verib. Bildirilib ki, səfərin məqsədi Mərakeş Krallığında fəaliyyət göstərən sahibkar və investorlarla görüşlərin keçirməsindən, eləcə də yerli bazarın xüsusiyyətlərini və imkanlarını araşdırmaqdan ibarətdir.

Mərakeş səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu vurğulayaraq bildirib ki, potensialı yüksək qiymətləndirilən iqtisadi əlaqələrin də inkişaf etdirilməsi önəmli məsələdir. Qeyd olunub ki, Mərakeş Krallığının daxili bazarı ilə yanaşı, Azərbaycan sahibkarlarının digər Afrika ölkələrinə çıxışı üçün təhlükəsiz tranzit ölkə kimi əməkdaşlıq edilə bilər.