İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev İtaliyanın şirkətlər və "Made in Italy" Nazirliyinin sənaye mülkiyyətinin mühafizəsi üzrə baş direktoru Amedeo Teti ilə görüşüb.
Görüşdə iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan-İtaliya Sənaye və Ticarət Palatasının yaradılması, eləcə də Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.