AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və Macarıstanın Ticarət Sənaye Palatası arasında görüş keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Macarıstanın Ticarət Sənaye Palatası (HCCI) arasında görüş keçirilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və Macarıstan arasında dinamik inkişafda olan iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunaraq bildirib ki, bu müstəvidə qeyri-neft sektoru çərçivəsində əlaqələrin genişləndirilməsi, habelə ixracın və investisiyaların stimullaşdırılması üçün geniş imkanlar mövcuddur.

Görüşdə AZPROMO-nun fəaliyyət istiqaməti, xarici investisiyaların təşviqi, yeni ixrac bazarlarının araşdırılması məqsədilə Agentlik tərəfindən görülən işlər barədə danışılıb, ixrac üçün əlavə imkanlar yaradacaq Milli İxrac Strategiyası haqqında məlumat verilib.

HCCI-ın Beynəlxalq işlər üzrə komitəsinin sədrinin müavini Atilla Qalambos təmsil etdiyi qurumun fəaliyyətini diqqətə çatdırıb, AZPROMO ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı Azərbaycan və Macarıstanda ixrac və investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər, sahibkarların qarşılaşdığı məsələlərin birgə əməkdaşlıq çərçivəsində həll yolları barədə fikir mübadiləsi aparılıb.