Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistan Respublikasının Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar.
Memorandum üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı, o cümlədən investisiya layihələrinin inkişaf etdirilməsi və qarşılqlı tədarükün təşkilini nəzərdə turur.