AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çinin Heyloncian əyaləti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan şirkətləri 2023-cü ilin iyun ayında Çində keçiriləcək 32-ci Harbin Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisində, həmçinin oktyabr ayında keçiriləcək 2-ci Çin (Heyloncian) Beynəlxalq Yaşıl Qida Sənayesi Sərgisində iştiraka dəvət olunublar.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçenin rəhbərlik etdiyi Çin şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan şirkətlərinin Çinli tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı CCPIT-nin Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçen bildirib ki, Azərbaycana səfərinin məqsədi ölkəmizlə əməkdaşlığın genişləndirilməsi, Çin şirkətləri üçün potensial tərəfdaşların tapılması, o cümlədən Azərbaycan şirkətlərinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakının təşkilinə dəstək göstərməkdir.

Görüşdə Azərbaycan şirkətləri 2023-cü ilin iyun ayında Çində keçiriləcək 32-ci Harbin Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisində, həmçinin oktyabr ayında keçiriləcək 2-ci Çin (Heyloncian) Beynəlxalq Yaşıl Qida Sənayesi Sərgisində iştiraka dəvət olunublar.

Tədbir Azərbaycan və Çin sahibkarlarının B2B görüşləri ilə davam edib.