Praqada AZPROMO-nun nümayəndə heyəti Çexiyanın bir sıra qurumları və şirkətləri ilə ikitərəfli görüşlər keçirib. Tərəfdaşlığa dair məsələlər müzakirə olunub, təcrübə və məlumat mübadiləsinin aparılmasına dair razılıqlar əldə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri "CzechTrade", "CzechTourism" və "CzechInvest" qurumları, həmçinin Çexiyanın kənd təsərrüfatı və qablaşdırma sektorlarında fəaliyyət göstərən bir neçə şirkəti ilə müzakirələr aparıblar. AZPROMO-nun fəaliyyəti haqqında məlumat verilib, ticarət, qarşılıqlı investisiyalar və turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlar diqqətə çatdırılıb.