AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Britaniya səfiri ilə görüş keçirilib

Britaniya şirkətləri ilə işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq üzrə potensial sahələrin müəyyənləşdirilməsinə dəstək göstəriləcək.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş keçirilib.

 

Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və logistikanın subsidiyalaşması haqqında danışıb. Ticarət və investisiya sahələri ilə yanaşı təhsil, kibertəhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında da birgə fəaliyyət üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Bununla yanaşı, sözügedən iqtisadi potensialın reallaşdırılması çərçivəsində Böyük Britaniya Ticarət Palatasının ölkədəki fəaliyyətinin rolu vurğulanıb.

 

Səfir Fergus Auld iki ölkənin bir çox istiqamətlərdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı faydalı fəaliyyətlə dəstəklənən güclü siyasi və iqtisadi əlaqələrini qeyd edərək, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirak etdiyini bildirib. Səfir daha çox şirkətin sözügedən ərazilərə cəlb edilməsinə və Böyük Britaniyanın Azərbaycandakı qeyri-neft investisiya portfelinin artırılmasına dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Bu istiqamətdə Böyük Britaniya şirkətləri ilə işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq üzrə potensial sahələrin müəyyənləşdirilməsinə dəstək göstəriləcək.