Azərbaycan və Qırğızıstanın biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, iki qurum arasında təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
Bişkekdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariyev arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, eləcə də ixracda əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Yeni təsis olunan Azərbaycan-Qırğız İnkişaf Fondunun ikitərəfli əlaqələrin inkişafına təkan veriləcəyi qeyd edilib.
Bununla yanaşı, görüşdə iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, iki qurum arasında təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.