AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və Qırğızıstanın Milli İnvestisiya Agentliyi arasında görüş keçirilib

Görüşdə Azərbaycan-Qırğız İnkişaf Fondunun gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qırğızıstanın Çolpon-Ata şəhərindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin (MİA) direktoru Umbriel Temiraliyev arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Qırğız İnkişaf Fondunun birgə investisiya layihələrinin maliyyələşdirilməsindəki gələcək rolu, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, turizm, alternativ enerji sektorlarında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Fondun geniş perspektivləri mövcuddur.

Tədbir zamanı Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində potensial layihələr müzakirə edilib.