AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

SPECA Sərgisi çərçivəsində işgüzar görüşlər keçirilib

Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Tacikistanı, Türkmənistanı və Özbəkistanı təmsil edən şirkət nümayəndələri arasında B2B formatda görüşlər keçirilib.

Bakıda keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə SPECA ölkələrini – Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Tacikistanı, Türkmənistanı və Özbəkistanı təmsil edən şirkət nümayəndələri arasında B2B formatda görüşlər keçirilib.

Tədbirdə enerji, sənaye, nəqliyyat və logistika, turizm, tikinti, sığorta və bank sektorları, tekstil, avtomobil, kənd təsərrüfatı, qida, informasiya texnologiyaları, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkət nümayəndəsi iştirak edib. Görüşlərin əsas mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin şaxələndirilməsi olub.