Görüşdə ixracatçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının nümayəndələri və ixracatçılar arasında görüş keçirilib. Görüşə hər iki tərəfdən 50-dək iştirakçı qatılıb.
Tədbirdə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixracatçıları maraqlandıran məsələlər, habelə ixracın diversifikasiyası məqsədilə yeni bazarlara çıxış prosesində yaranan nəqliyyat problemlərinin həllinə dair fikir mübadiləsi aparılıb. Bundan başqa, dəniz yolu ilə malların nəqli, o cümlədən tez xarab olan məhsulların Avropa bazarlarına sürətli çatdırılması məsələləri müzakirə olunub.