AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

JETRO və AZPROMO arasında görüş keçirilib

JETRO ilə "Expo 2025" tədbiri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə həyətinin "FOODEX Japan 2024" sərgisi ilə bağlı Tokio şəhərinə səfəri çərçivəsində Yaponiyanın Xarici Ticarət Təşkilatında (JETRO) görüş keçirilib.

 

Görüşdə qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, növbəti ilin aprel-oktyabr aylarında Yaponiyanın Osaka şəhərində baş tutacaq "Expo 2025" sərgisində Azərbaycan şirkətlərinin geniş iştirakı müzakirə olunub.

 

Bundan başqa, görüşdə ölkəmizin investisiya və ixrac imkanları qarşı tərəfin diqqətinə çatdırılıb, JETRO-nun qlobal və Yaponiya ofisləri ilə bu xüsusda məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.